Ölən dostunun gitarasını tapana 25 min verəcək

olen-dostunun-gitarasini-tapana-25-min-verecek
Oxunma sayı: 915

Məşhur ingilis müğənni Ozzy Osbourne “Black Sabbath” rok qrupunun 1982-ci ildə ölən gitaristi Randy Rhoads barədə bəyanat yayıb. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 71 yaşlı musiqiçi mərhum dostunun oğurlanan gitarasını tapanı 25 min dollar pulla mükafatlandıracağını söyləyib. 

Eyni zamanda, sözügedən qrupun solisti olan Ozzy “Anası onun adını daşıyan məktəb qurdu. Həmin yer Rhoadsın həyatını paylaşdığı bir yer oldu. İndi təsəvvür edin, Randy-nin oğurlanan ilk eletronik gitarası kimi bir əşya ailə üçün yeri doldurulmaz bir şey olacaq” deyə bildirib.