Onların hamısı qorxur

onlarin-hamisi-qorxur
Oxunma sayı: 860

Yerlli şou-biznes nümayəndələrinin fobiyaları hansılardır. “Qafqazinfo” tanınmışlar arasında fobiyaları barədə sorğu keçirdib və nəticələr bunlardır.

Estrada ulduzu Röya Ayxanı həyatda ən çox qorxudan şey təklikdir. O, yalnız qalmaqdan qorxur.

Əməkdar artist Lalə Məmmədova heç kimin ağlına gələ bilməyən fobiyası vardır. Belə ki, ifaçı cox çəkli nəhəng insalardan qorxur.

Əməkdar artist Abbas Bağırov avtombil qəzasından və hər hansısa bir gördüyü işin alınmamasından qorxur.

Gözəl rəqqasə Oksana Rəsulovanın sən demə, təyyarə qorxusu varmış: “Təyyarə qalxanda və enəndə dəşətli dərəcədə qorxuram, amma çalışıram ki, həyəcanımı biruzə verməyim”. Rəqqsə bildirb ki, o tək təyyardən yox, bəzi insanlardan da qorxur: “Mənim ən böyük qorxum Allahdır. Bir də elə insanlar var ki, cox təhlükəlidir, onlardan da qorxuram”.

Rəqqasə Fatimə isə hər şeydən qorxur. Ən çox da qaranlıqdan və təklikdən. Hətta rəqqasə bildirib ki, bu yaxınlarda böyük bir stress keçirdib: “Dəşət qorxmuşam. Yaxın bir ailə dostumuz rəhmətə getmişdi, ondan sonra çox qorxdum”.

Müğənni Xuraman Şuşalını həyatda ən qorxudan yanmaq və cəhənnəm əzabıdır. Ana olmağa hazırlaşan ifaçı onu da söyləyib ki, bir neçə gün öncə çaxan ildirim onu çox qorxudub: “Mən ildırımdan qorxan deyildim. Həmişə şimşək çaxanda baxıb seyr edərdim. Amma o gün ildırım çaxdı, dəşət qorxdum. Elə bilirəm qorxmağıma səbəb hamiləliyimdir”.

“Abşeron” qurupunun rəhbəri Şəhriyar Məhərrəmov da təklikdən qorxan müğənnilər sırasındadır.

Model Azər Atakişiyev sən demə su və hündürlüyə çıxmaq fobiyası varmış: “Suda çimməyi xoşlayıram, amma qorxuram... Dənizə girəndə qorxumdan çalışıram qırağda üzüm, çox uzaq getməyim”.

Gənc müğənni Zarinanın maraqlı bir qorxusu varmış. İfaçı küləkdən qorxduğunu söyləyib.

Müğənni Mila böcəklərdən və heyvan cildinə girən saxta insanlarda qoxur.

Bir aralar çox tanınan 5 aydır oğul anası olan Günel Məhərrəmova itlərdən və “tok” vurmadan qorxur.

Aynur Babayeva