“Qarabağ”ın hücumçusu Kamilo Duran UEFA Çempionlar Liqası pley-off mərhələsinin “Nyukasl”la oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
“Qafqazinfo” kolumbiyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:
- Fərqindəyik ki, bizi çox çətin və tarixi oyun gözləyir. Doğma azarkeşlərimizin qarşısında oynayacağıq. “Nyukasl” çox çətin rəqibdir. Amma istənilən halda, əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək və uğurlu nəticə qazanaq.
- Son görüş də İngiltərə Premyer Liqası təmsilçisinə qarşı olub. Bu ölkənin komandalarına qarşı hansı detala xüsusi diqqət vermək lazımdır ki, uğurlu nəticə qazanasınız?
- İngiltərə təmsilçiləri çox sürətli və fiziki cəhətdən güclü komandalardır. Onlara qarşı ilk oyunumuzda bunu hiss etdim. Yaxşı formada hazırlaşmışıq. Çətin rəqib olsa da, biz də onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq.
- “Qarabağ”la indiyə qədər keçdiyiniz yolu necə xarakterizə edərdiniz? Gənc olsanız da, Çempionlar Liqasında oynayırsınız...
- Təbii ki, mənim üçün xoşdur, xoşbəxtəm. “Qarabağ”da bu yolu keçmək karyeramın ən uğuru dönəmidir. Gəncəm, daha inamlı olmalıyam, üzərimdə işləməliyəm.
- “Qarabağ”ın heyətində effektiv çıxışınız yayda keçiriləcək dünya çempionatında oynamağınıza nə dərəcədə təsir edə bilər? Kolumbiya millisinə dəvət real ola bilər?
- Bu mövsüm uğurlu keçir. Buna görə xoşbəxtəm. Millidə oynamaq bir kolumbiyalı kimi uşaqlıq arzumdur. Belə davam edəcəyəmsə, hər dəfə milliyə düşmək daha yaxın olacaq. Hər kəs istəyər dünya çempionatında oynasın. Arzumdur, hələ ki mənə hər hansı dəvət, zəng olmayıb.
- “Nyukasl”la görüşdə qol vursanız, sizə qədər bir mövsümdə 5 qol vurmuş Radamel Falkao və Cekson Martinesin rekordunu təkrarlayacaqsınız və Kolumbiya futbol tarixinə düşəcəksiniz. Bunu Bakıda etməyi arzulayırsınız?
- Hazıram. Keçən həftə oyunlar olsa da, “Nyukasl”la görüşü düşünürdüm. Buna hazıram.
Elsevər Məmmədov
Son xəbərlər
Son Xəbərlər