“Tramp əvvəlcə neft qiymətlərinin çox da artmayacağını söyləsə də, indi qiymətlər yüksəldiyi üçün tezliklə düzələcəyini bildirir”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf “X” hesabında yazıb.
O, ABŞ Prezidenti Donald Trump və İsrail Baş naziri Benyamin Netanyahunun neft siyasətini tənqid edib.
“Əgər müharibə bu şəkildə davam edərsə, neft satmaq üçün heç bir yol və onu istehsal etmək gücü qalmayacaq.
Netanyahunun illüziyaları yalnız Amerikanın deyil, həm də region və dünya ölkələrinin maraqlarını məhv edir”.
Son xəbərlər
Son Xəbərlər