Ordu ilə bağlı bəyanat verildi

ordu-ile-bagli-beyanat-verildi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda deyilir ki, bu günə qədər mətbuatda ordudakı neqativ hallarla bağlı dərc olunan məlumatların doğruluğunun araşdırılıb araşdırılmaması barədə açıqlama verilmir: “Bu materiallarla bağlı bu günədək yalnız Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxsləri münasibət bildiriblər ki, bu da nazirliyin rəsmi münasibəti yox, həmin vəzifəli şəxslərin subyektiv fikirləri və ya onların öz səlahiyyətləri çərçivəsində apardıqları araşdırmaların nəticələri kimi başa düşülür. ”

ATMİA bunları nəzərə alaraq bəyan edir: “Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyası hesab edir ki, yuxarıda göstərilən mətbuat materiallarında sadalanan çoxsaylı məlumatlar (faktlar) müvafiq dövlət orqanları – Respublika Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi, Dini İşlər üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən araşdırılmalı və araşdırmaların nəticələri barədə ictimaiyyətə rəsmi məlumat verilməlidir. ”