“Orient Queen” Beyrutdakı partlayışdan sonra batıb - 2 ölü, 7 yaralı + Video

orient-queen-beyrutdaki-partlayisdan-sonra-batib
Oxunma sayı: 4679

Livanın “Abou Merhi Group” şirkətinə məxsus “Orient Queen” kruiz layneri Beyrut limanında güclü partlayışdan sonra batıb. “Qafqazinfo” bildirir ki, bu barədə “OTV” telekanalı xəbər verib.

Hadisə nəticəsində iki nəfər vəfat edib, yeddi ekipaj üzvü yaralanıb.

Partlayış gəmini ciddi şəkildə zədələyib. Korpusdakı axının qarşısı operativ şəkildə alınmasına baxmayaraq, ona su daxil olmağa başlayıb və gəmi dənizin dibinə gedib.