Ötən ay kanalda batan Zaminin meyiti tapıldı - Foto

oten-ay-kanalda-batan-zaminin-meyiti-tapildi
Oxunma sayı: 851

Mart ayının 3-də Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində batan və bir aydan çoxdur ki, axtarışları davam edən şəxsin meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, 1995-ci il təvəllüdlü Abdullayev Zamin Elşad oğlunun meyiti FHN-nin Aran Dalğıc Axtarış Qrupu tərəfindən az öncə tapılaraq sahilə çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev