Ötən il istehsal olunan siqaretin həcmi açıqlandı

oten-il-istehsal-olunan-siqaretin-hecmi-aciqlandi
Oxunma sayı: 2526

“Keçən il Azərbaycanda siqaret istehlakının 98 %-i 7 yerli istehsal müəssisəsi vasitəsilə təmin edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.

A.Süleymanov qeyd edib ki, ötən il 15,3 milyard ədəd siqaret istehsal olunub: “Azərbaycanda ümumi istehlakın 98 %-i yerli istehsalla təmin olunub, 2 %-i xaricdən təmin olunub. 2 % tələbatı da ödəmək üçün avadanlıq sifariş verilib”.

İdarə rəisi vurğulayıb ki, hazırda bizdə yüksək keyfiyyətli tütünlər əkilir: “İxrac potensialının böyüdülməsi üçün bu qanunda tələblər qoyulub. Öz daxili istehsalımızı artıq təmin etmişik”.

Zaur Mirzə