Öz videosunu paylaşıb tərif yağdırdı - Foto

oz-videosunu-paylasib-terif-yagdirdi
Oxunma sayı: 5024

Müğənni Elnarə Xəlilova intaqram hesabını xəbər səhifəsi kimi istifadə etməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, sənətçinin paylaşımlarından biri maraqla qarşılanıb.

O bu dəfə çıxışından bir parça paylaşıb və özünü tərifləyib: “Elnarənin bu ifası hər kəsi valeh etdi, alqış sədaları zalı bürüdü. Elnarənin ədəbi-bədii tədbirdəki ifası maraqla qarşılanıb. Səhnəmizin ən savadlı, ən gözəl, estetiksiz estrada müğənnisi”, - deyə o yazıb.

Qeyd edək ki, səhifənin yarım milyondan çox izləyicisi var.