Özbəkistana vizasız gediş-gəlişlə bağlı dəyişiklik edildi

ozbekistana-vizasiz-gedis-gelisle-bagli-deyisiklik-edildi
Oxunma sayı: 2439

Prezident İlham Əliyev Özbəkistanla vizasız gediş-gəlişlə bağlı sazişə əlavə və dəyişikliyi təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı dövlət başçısı Fərman imzalayıb.

Fərmana əsasən, 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “18 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol” təsdiqlənib.