Pakistanda avtobus qəzası oldu, xeyli sayda ölən var

pakistanda-avtobus-qezasi-oldu-xeyli-sayda-olen-var
Oxunma sayı: 970

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı 19 nəfər həlak olub, 12 nəfər yaralanıb.

"Qafqazinfo" Sinxua agentliyinə istinadla xəbər verir ki, qəzaya sürücünün yağışlı havada sürəti artırması və idarəetməni itirməsi səbəb olub. Zərər çəkənlər yerli xəstəxanalara aparılıb, onların bir neçəsi ağır vəziyyətdədir.

Agentliyin məlumatına görə, Bəlucistan əyalətinin paytaxtı Kvettadan İslamabada gedən avtobusda 30 nəfər olub.