Pakistanda silahlı insident - Ölən və yaralananlar var

pakistanda-silahli-insident
Oxunma sayı: 971

Pakistanın paytaxtı İslamabadda silahlı insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyinə məlumat yayıb.

Məlumata əsasən, motosikletdə olan silahlı şəxslər məscidin qarşısında insanlara atəş açıblar. Hadisə nəticəsində 2 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

“Daily Pakistan” qəzetinin polisə istinadən məlumatına  görə, cinayət şəxsi düşmənçilik zəminində törədilib. Hədəfdə isə Pakistan kəşfiyyat bürosunun əməkdaşı olduğu bildirilir.