“Paşinyan Azərbaycanla münaqişənin tarixini təhrif edir”

pasinyan-azerbaycanla-munaqisenin-tarixini-tehrif-edir
Oxunma sayı: 4496

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya hərbçilərini və KTMT-ni ləkələyir.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “IZ.RU”ya müsahibəsində bildirib.

“Mən artıq Ermənistanda mövcud vəziyyəti şərh etməli oldum. Bu, şübhəsiz ki, optimizmi ruhlandırmır. Ermənistan rəhbərliyi son üç-üç il yarımın tarixini təhrif edərək, uydurma bəhanələrlə bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin pozulmasına gətirib çıxarır”, - Lavrov qeyd edib.

Lavrov son bir neçə ildə Azərbaycanla münaqişənin tarixinin Paşinyan və onun parlamentariləri tərəfindən təhrif edildiyi qənaətinə gəlib.