Paşinyan Karapetyanı niyə istefaya göndərdiyini açıqladı

pasinyan-karapetyani-niye-istefaya-gonderdiyini-aciqladi
Oxunma sayı: 4069

Xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın təklifi əsasında ölkənin müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib. Onun əvəzində Suren Papikyan ölkənin yeni müdafiə naziri təyin olunub.

Paşinyan Karapetyanın müdafiə naziri vəzifəsindən azad edilməsinin səbəbini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, erməni Baş nazir bu barədə məlumatı bu gün Təhlükəsizlik Şurasının iclasında deyib.

“Bu barədə qərar dünəndən bəri baş verən hadisələrin təhlili nəticəsində verilib. Hazırda vəziyyət məni müdafiə nazirinin dəyişdirilməsinə gətirib çıxardı”, - deyə Paşinyan qeyd edib.