Paşinyan postunu seçkilərə qədər qoruyacaq

pasinyan-postunu-seckilere-qeder-qoruyacaq
Oxunma sayı: 1474

Nikol Paşinyan 20 iyun tarixində keçiriləcək parlament seçkilərinə qədər Baş nazir postunu qoruyacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

“Başqa ssenari müzakirə edilməyib. Paşinyan vəzifəni müvəqqəti icraedən şəxs olacaq”,- deyə Simonyan vurğulayıb.

Qeyd edək ki, 18 martda Nikol Paşinyan 20 iyun tarixində Ermənistanda erkən parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.