Paşinyanla Overçuk kommunikasiyaların açılmasını müzakirə etdi

pasinyanla-overcuk-kommunikasiyalarin-acilmasini-muzakire-etdi
Oxunma sayı: 1601

“Azərbaycan və Ermənistan arasında dəmir yolu və avtomobil yollarının açılması üzrə üçtərəfli komissiyanın fəaliyyətini yüksək qiymətləndirirəm”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a isitnadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini, Üçtərəfli İşçi Qrupun rusiyalı həmsədri Aleksey Overçuku qəbul edərkən deyib.

O bildirib ki, konkret qərarlar regiondakı vəziyyəti təkcə iqtisadi mənada deyil, həm də siyasi və psixoloji, eləcə də təhlükəsizlik baxımından dəyişməyə kömək edəcək:

“Biz intensiv işləməyə davam edirik. Moskvaya rəsmi səfərim zamanı bu məsələ Rusiya prezidenti Vladimir Putinlə ən çox müzakirə olunan məsələlərdən biri olub. Şadam ki, burada ümumi yanaşmaları müəyyənləşdirmişik".