Payız gəldi...

payiz-geldi
Oxunma sayı: 2291

Azərbaycana payız gəlib.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından "Qafqazinfo"ya verilən məlumata görə, payız Azərbaycana sentyabrın 22-si Bakı vaxtı ilə saat 23:21:00-da daxil olub.

Bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınıb. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib və bu həmin andan Şimal yarımkürəsində payız fəsli başlayıb.