“Peaky Blinders”in ulduzu tanınmaz halda - Fotolar

peaky-blindersin-ulduzu-taninmaz-halda
Oxunma sayı: 3945

“Peaky Blinders” serialındakı Artur Şelbi rolu ilə geniş pərəstişkar kütləsi qazanan Paul Anderson London küçələrində tamamilə fərqli obrazda görüntülənib.

“Qafqazinfo” xəbər verir ki, ingilis aktyor bu yaxınlarda Londonda çörək sexindən çıxarkən kameralara tuş gəlib. Andersonu dağınıq saçları, zəifləmiş, qocalmış siması və köhnəlmiş paltarları ilə görən pərəstişkarları məyus olublar.

“Peaky Blinders”in prodüserləri baş verənlərdən sonra Paul Andersonu heyətdən uzaqlaşdıra biləcəklərini açıqlayıblar.

Qeyd edək ki, 46 yaşlı məşhur ötən ilin dekabrında narkotik maddə istifadə etdiyi üçün həbs edilib. Anderson günahını etiraf edib və cəriməni ödədikdən sonra sərbəst buraxılıb.