“Peyvənd çatışmır, mən də vurdurmamışam” - İran prezidenti

peyvend-catismir-men-de-vurdurmamisam
Oxunma sayı: 1737

“İranda koronavirusa yoluxma və ölüm sayı azalıb, dördüncü dalğanı, demək olar ki, arxada qoymuşuq”.

“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Əlimizdəki vaksin məhdud olduğu üçün daha risk altında olan yaş qruplarına üstünlük vermək məcburiyyətində qaldıq”, - Ruhani qeyd edib.

“Hələlik vaksinasiyadan keçməmişəm. Peyvəndləmə proqramı xaricində  vaksin vurduran hər hansı bir yüksək səviyyəli məmur tanımıram”, - o bildirib.

Prezident vurğulayıb ki, vaksin paylanmasında bütün tədbirlər görülüb:

“İndiyədək nə qədər vaksin idxal etdiyimiz və neçə nəfərin vaksinasiyadan keçdiyi bəllidir. Hazırda üç milyon peyvənd var və bunun iki milyonu vurulub. Əlbəttə, yaxın günlərdə biz yenə vaksin əldə edəcəyik və peyvəndləmə davam edəcək”.