Peyvənd olunanların sayı açıqlandı

peyvend-olunanlarin-sayi-aciqlandi
Oxunma sayı: 1162

Azərbaycanda son sutkada 2232 nəfər vaksinasiya olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 424, ikinci doza vaksinlərin sayı 156 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1383-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 269 olub.