Pilotlar yanlışlıqla öz əsgərlərini bombaladı - Ölənlər var

pilotlar-yanlisliqla-oz-esgerlerini-bombaladi
Oxunma sayı: 661

Filippinin hərbi hava qüvvələri yanlışlıqla öz qoşunlarına zərbə endirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə Filippin silahlı qüvvələrinin 10 əsgəri ölüb, səkkizi isə yaralanıb.

Bu barədə ölkənin müdafiə naziri Delfin Lorenzana açıqlama verib. Onun sözlərinə görə, insidentə səbəb koordinasiya səhvi olub. 

Qeyd edək ki, Filippin hərbi-hava qüvvələri İŞİD-lə əlaqəsi olan radikal islamçıları hədəf almışdı.