Plasido Dominqonun vəziyyəti necədir?

plasido-dominqonun-veziyyeti-necedir
Oxunma sayı: 1203

Koronavirus epidemiyasına yoluxan məşhur opera ifaçısı Plasido Dominqonun vəziyyəti ağırlaşıb.

“Qafqazinfo” xəbər verir ki, 79 yaşlı ispan sənətçi Meksikanın Akapulko şəhərindəki xəstəxanaların birinə aparılıb.

Qerrero Dövlət Səhiyyə İdarəsindən CNN-ə verilən məlumata görə, Plasidonun vəziyyəti stabil olduğundan artıq evinə buraxılıb və orada karantin şəraitində müalicəsini davam etdirəcək.

Qeyd edək ki, opera ifaçısı COVİD- 19 virusuna yoluxduğunu martın 22-də açıqlamışdı.