Plastik tullantılar bakteriyalar vasitəsilə qida əlavəsinə çevriləcək

plastik-tullantilar-bakteriyalar-vasitesile-qida-elavesine-cevrilecek
Oxunma sayı: 2868

Edinburq Universitetinin alimləri qida və kimya sənayesi üçün qiymətli xammala çevrilən plastik butulkaları və oxşar tullantıların təkrar emalı üçün yeni üsul hazırlayıblar.

“Qafqazinfo” xəbər verir ki, tədqiqat ACS Central Science (ACSCS) elmi jurnalında dərc olunub.

Belə ki, alimlər plastik tullantıları bakteriyaların köməyi ilə qida əlavəsinə çevirəcəklər. Onların sözlərinə görə, kimyəvi emal prosesi bir neçə mərhələdə baş verə bilər:

"Birincisi, dəyişdirilmiş mikroorqanizmlər tereftalik turşunu (PET plastikinin əsas komponenti) mukonik və adipik turşulara çevirən fermentlər ifraz edirlər. Sonra ikinci növ mikroorqanizm işə düşür, nəticədə yaranan mukonik turşu istənilən xammala çevrilir. Təcrübələr göstərir ki, mikroblar tereftalik turşunun 79%-ə qədərini adipin turşusuna çevirmək qabiliyyətinə malikdir".

Tədqiqatçıların fikrincə, bu yanaşma təkcə poliqonlarda plastik tullantıların miqdarını azaltmayacaq, həm də qalıq yanacaq istehlakını azaldacaq, çünki adipin turşusu adətən yüksək enerji sərfiyyatı ilə karbohidrogen xammallarından alınır.