Polis yaralı qadını xəstəxanaya çatdırdı - Video + Fotolar

polis-yarali-qadini-xestexanaya-catdirdi
Oxunma sayı: 9757

Xəzər rayonu Binə qəsəbəsində yaralı qadına ərazidə xidmət aparan Xəzər RPİ Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən ilkin təcili yardım müdaxiləsi göstərilməklə xəstəxanaya çatdırılıb.

“Qafqazinfo”nun məlumatına görə, qadın mətbəxtdə qab yuyarkən sınan şüşə onun qoluna bataraq, damarlarını zədələyib. Küçəyə çıxan qadının köməyinə çatan polis əməkdaşları onu xidməti avtomobildə olan dərman və tibbi sarğılarla bağlayaraq ilkin yardım göstərməklə qan itirmənin qarşısını alıblar.

Hazırda onun vəziyyəti yaxşıdır.

Qeyd edək ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.