Polisi “Porsche” ilə əzib keçən məşhur şəxsin nəvəsi imiş- - Fotolar

polisi-porsche-ile-ezib-kecen-meshur-sexsin-nevesi-imis-
Oxunma sayı: 6730


Yol polisini əzib keçən "Porsche"nin sürücüsünün kimliyi bəlli olub. "Qafqazinfo" milli.az-a istinadən xəbər verir ki, ötən gün İstiqlaliyyət küçəsində yol polisinə qarşı təhqiramiz rəftarı ilə xəbərlərin gündəminə çıxan şəxs tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının nəvəsidir.

Onun da adı babasının adı kimi Əliağa Kürçaylıdır. 

Nəvə Əliağa Kürçaylı idarə etdiyi "90 KF 155" dövlət nömrə nişanlı avtomobilinin fotolarını özünün sosial şəbəkədəki profilində də yerləşdirib. 

Xatırladaq ki, ötən gün Bakının mərkəzində "Porsche" sürücüsünün yol polisinə qarşı etdiyi hərəkət hər kəsi şoka salıb. 

Yol polisi İstiqlaliyyət küçəsində yolu bağlayan zaman 90 KF 155 dövlət nömrə nişanlı "Porsche Cayenne" markalı avtomobilin sürücüsü onun əmrinə tabe olmayıb.

Yol polisi serjantı maşının qarşısında dayansa da, sürücü maşını arxaya verərək polisin üzərinə sürüb. Sonradan bu hərəkətini təkrarlayaraq polisi vurub kənara tullayıb və avtomobilini sürüb gedib. Hadisə zamanı yol polisi serjantı ayağından xəsarət alıb.

Şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylı məşhur rus şairi Sergey Yeseninin əsərlərini Azərbaycan dilinə tərcümə edib. O, bir çox şeirlər və pyeslərin müəllifidr.