Polşa Xarici İşlər Nazirliyi bütün vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, XİN, həmçinin ölkə vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.
Rəsmi Varşava bunu martın 30-u Rusiyada həbs edilən amerikalı jurnalistlə bağlı məsələ ilə əlaqələndirib.
Qeyd edək ki, ABŞ da ötən gün öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırmışdı.
Xatırladaq ki, ABŞ-də dərc edilən nüfuzlu “Wall Street Journal”ın (WSJ) müxbiri Evan Qerşkoviç Yekaterinburq şəhərində saxlanılıb. Daha sonra Moskvanın Lefortovo Məhkəməsi 32 yaşlı amerikalı jurnalisti casusluq ittihamı ilə həbs edib.