Polşa məhdudiyyətlərin əksəriyyətini ləğv etdi

polsa-mehdudiyyetlerin-ekseriyyetini-legv-etdi
Oxunma sayı: 1261

Polşa rəhbərliyi ölkədə koronavirusla mübarizə üçün tətbiq edilən məhdudiyyətlərin əksəriyyətini ləğv etmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Polşanın Baş naziri Mateuş Moraveçkiy bu gün keçirilən mətbuat konfransında deyib.

“Bu gün biz məhdudiyyətlərin əksəriyyətini ləğv edirik və yalnız vacib olanları saxlayırıq”, - deyə Baş nazir söyləyib.

Onun sözlərinə görə, ölkədə əvvəlkitək insanlar arasında məsafənin qorunmadığı ictimai yerlərdə, mağazalarda, nəqliyyatda maska taxmaq məcburi olaraq qalacaq. Həmçinin özünütəcrid və karantin qaydaları da qüvvədə qalıb.

Bununla yanaşı, dövlət müəssisələrində distant iş rejimi ləğv edilib.