Prezident Kamal Abdullaya yeni vəzifə verdi

Prezident Kamal Abdullaya yeni vəzifə verdi
Oxunma sayı: 1487

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib. Dəyişikliyə əsasən,  prezidentin multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla da vəzifəsini itirib. 

“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, prezidentin yeni sərəncamı ilə Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Dillər Universitetinə rektor təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl həmin universitetdə tələbələr dövlət imtahanı ilə bağlı aksiya keçirərək rektor əvəzi Əfqan Abdullayevə etiraz etmişdilər. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi