ABŞ-ın prezidenti Donald Tramp və onun həyat yoldaşı Melanya Tramp inaqurasiya şərəfinə təşkil edilmiş təntənəli balda rəqs ediblər.
“Qafqazinfo” Fox News-a istinadən xəbər verir ki, cütlük Frans Sinatranın məşhur “My Way” mahnısının sədaları altında oynayıblar. Rəqsdən əvvəl Tramp qısa nitqlə çıxış edib:
“Belə, biz bunu etdik. Deyirdilər ki, heç bir şansımız yoxdur. Amma biz bildirdik ki, qalib gələcəyik və qalib də gəldik”.
Yeni prezident qeyd edib ki, insqurasiya möhtəşəm idi.
Son xəbərlər
Son Xəbərlər