Prezident və birinci xanım İçərişəhərdəki bərpa işləri ilə tanış oldu - Fotolar

prezident-ve-birinci-xanim-iceriseherdeki-berpa-isleri-ile-tanis-oldu
Oxunma sayı: 6034

İyunun 29-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.

"Qafqazinfo" xəbər verir ki, bərpa-konservasiya işləri birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2016-cı ildə Qoşa Qala qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid Yeraltı hamama baxıb, Bakı Xan Sarayı Kompleksində aparılan bərpa işləri ilə tanış olublar. Burada “Baqqal” suvenir və ənənəvi sənətkarlıq nümunələrinin sərgi və satış qalereyası, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi yaradılıb.

Bildirilib ki, Bakı şəhərinin tarixində əhəmiyyətli yeri olan Bakı Xan Sarayı yaxın gələcəkdə əsaslı yenidənqurma, aparılan konservasiya və bərpa işlərindən sonra muzey şəklində ictimaiyyətə təqdim ediləcək.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini veriblər.