Prezidentdən Nərgiz Paşayeva və Bəxtiyar Əliyevlə bağlı - Sərəncam

prezidentden-nergiz-pasayeva-ve-bextiyar-eliyevle-bagli
Oxunma sayı: 32098

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə bir sıra şəxslər təltif ediliblər.

Təltif edilənlər arasında tanınmış simalar da var. Belə ki, professor, AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva ilə Milli Məclisinin Elm və təhsil komitəsinin sədr müavini, deputat Bəxtiyar Əliyev “Şöhrət” ordeni ilə təltif olunublar.