Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib

prezidente-tebrikler-gelmekde-davam-edir
Oxunma sayı: 1060

Maldiv Prezidenti Məhəmməd Muizzu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Maldiv Respublikasının hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Ümid edirəm ki, əməkdaşlığımızı və dostluq münasibətlərimizi daha da möhkəmləndirmək üçün Zati-alinizlə sıx fəaliyyət göstərəcəyik. Əminəm ki, ölkələrimizin xalqlarının rifahı naminə əlaqələrimizi dərinləşdirmək üçün birgə işləyə bilərik.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

***

Mozambik Prezidenti Filipe Jasinto Nyusi də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Zati-aliləri.

2024-cü il fevralın 7-də Qarabağ regionu da daxil olmaqla bütün Azərbaycan ərazisində keçirilmiş prezident seçkilərini böyük maraqla izlədik. Mozambik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə seçkilərdə əldə etdiyiniz qələbə münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

Bu qələbəniz öz ölkəsinin iqtisadi, sosial-mədəni sahələrdə inkişafına şahid olan Azərbaycan xalqının iradəsinin, həmçinin onun davamlı rifahla bağlı arzularını həyata keçirmək üçün Sizin bütün keyfiyyətlərə malik olduğunuza inamının ifadəsidir.

Fürsətdən istifadə edərək Mozambik Respublikasının Azərbaycan Respublikası ilə qardaş xalqlarımızın maraqları və rifahı naminə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində qətiyyətli olduğunu bir daha bildirirəm.

Zati-aliləri, Sizə cansağlığı arzulayır, ən yüksək ehtiramımı ifadə edirəm”.

***

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi də Prezident İlham Əliyevi təbrik edib.

“Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə Azərbaycan arasında əməkdaşlıq çox yüksək qiymətləndirilir. Mən fürsətdən istifadə edərək, Ali Komissarlığın regionda köçkünlərlə bağlı məsələlərin həllində Azərbaycan Hökumətinin səylərini dəstəkləməkdə davam edəcəyini bildirirəm.

Eyni zamanda, yeni prezidentliyiniz dönəmində də əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin”.