Prezidentin yüksək vəzifə verdiyi Əmirbəyov kimdir?

prezidentin-yuksek-vezife-verdiyi-emirbeyov-kimdir
Oxunma sayı: 12358

Xəbər verdiyimiz kimi, Pezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elçin Əmirbəyov dövlət başçısının xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, Elçin Əmirbəyov 2017-ci ilədək ölkəmizin Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən çalışıb. O, daha əvvəl isə Azərbaycanın Fransada səfiri olub.

2017-ci ildən isə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi vəzifəsini icra edib.

Bildirilir ki, E.Əmirbəyov Xəzər Tədqiqatlar Proqramının təqaüdü ilə Harvard Universitetinin Kennedi Məktəbində MPA-İnzibati İdarəetmə (dövlət idarəçiliyi) üzrə magistr təhsili alıb.

Onun səfir kimi fəaliyyəti dövründə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri olub.