Prezidentlə oğlu Fəxri Xiyabanda - Video

prezidentle-oglu-fexri-xiyabanda
Oxunma sayı: 9468

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabana gedərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

"Qafqazinfo"nun Fəxri Xiyabanda olan əməkdaşlarının məlumatına görə, prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 12 il keçir.

AzərTac-ın məlumatına görə, prezident oğlu Heydər Əliyevlə Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.