Priqojinin olduğu təyyarə hava hücumundan müdafiə sistemi ilə vurulub?

priqojinin-oldugu-teyyare-hava-hucumundan-mudafie-sistemi-ile-vurulub
Oxunma sayı: 8800

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarənin hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulduğu iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Vaqner” şirkətinə yaxın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, təyyarə qəzasının şahidləri hadisədən əvvəl iki güclü partlayış səsi eşidiblər.