Sosial şəbəkələrdə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Yunus-Bek Yevkurovun “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə söhbət etdiyini əks etdirən video yayılıb.
“Qafqazinfo” xəbər verir ki, videoda eyni zamanda Baş Qərargahın Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavini, general-leytenant Vladimir Alekseyev də görünür.
Rostov-na-Donuda çəkildiyi deyilən videoda onlar skamyada əyləşərək söhbət edirlər.
Həmçinin oxuyun: Танки "вагнеровцев" вошли в Ростов - Видео
Priqojin hazırda orada olduqlarını açıqlayır: “Rostovu blokadaya alıb Moskvaya gedirik”.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqudur.
Son xəbərlər
Son Xəbərlər