“Prius”la 57 yaşlı qadını vurub öldürdü

priusla-57-yasli-qadini-vurub-oldurdu
Oxunma sayı: 1480

Bu gün saat 02 radələrində Sabunçu rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1996-cı il təvəllüdlü Qasımov Ramiz Elşad oğlu etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Zabrat dairəsi yaxınlığında yolu keçən piyada, 1966-cı il təvəllüdlü Abbasova Zeynəb Qəşəm qızını vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.