Prokurorluğun 1 əməkdaşı koronavirusa yoluxub

prokurorlugun-1-emekdasi-koronavirusa-yoluxub
Oxunma sayı: 2786

Baş Prokurorluğun bir əməkdaşında koronavirus aşkarlanıb.

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, koronavirusla mübarizə ilə bağlı həyata keçirilən profilaktiki tədbirlər çərçivəsində prokurorluq əməkdaşları testlərə cəlb edilib. Onlardan yalnız birində koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. Həmin əməkdaşın hazırda sosial izolyasiya rejimində müalicəsi həyata keçirilir.