PSJ və “Çelsi” yarımfinalda!

psj-ve-celsi-yarimfinalda
Oxunma sayı: 3669

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olub.

"Qafqazinfo" xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində iki görüş keçirilib.

PSJ doğma meydanda Almaniya çempionu “Bavariya”nı qəbul edib. Səfərdə rəqibinə 3:2 hesabı ilə qalib gələn parislilər, cavab matçında 0:1 hesabı ilə uduzub. İki oyunun nəticəsinə görə Fransa təmsilçisi adını yarımfinala yazdırıb.

Günün digər matçı isə “Çelsi” və “Portu” komadanaları arasında keçirilib. Bu oyunda da qonaqlar 1:0 hesabı ilə qalib gəlib. Lakin ilk oyunda qazanılan 2:0 hesablı qələbəyə görə London təmsilçisi növbəti mərhələyə adlayıb.

UEFA Çempionlar Liqası

1/4 finalın cavab oyunları
13 aprel

 
23:00 PSJ (Fransa) - “Bavariya” (Almaniya) - 0:1 

Qol: Erik Şupo-Motinq, 40

Paris. “Park de Prens”  stadionu. Baş hakim – Daniele Orsato İtaliya)
(ilk oyun 3:2)

23:00 “Çelsi” (İngiltərə) - “Portu” (Portuqaliya) - 0:1

Qol: Taremi, 90+4

Sevilya. “Ramon Sanmes Pisxuan” stadionu. Baş hakim – Kleman Tyurpen (Fransa)
(ilk oyun 2:0)