Puçdemon Belçika polisinə təslim oldu

pucdemon-belcika-polisine-teslim-oldu
Oxunma sayı: 1149

İspaniyanın Kataloniya Muxtar Vilayəti hökumətinin keçmiş rəhbəri Karles Puçdemon Belçikada polisə təslim olub.

“Qafqazinfo” xəbər verir ki, o, vəkilləri ilə Brüssel Baş Prokurorluğuna gedib. Daha sonra siyasətçi məhkəməyə aparılıb. O, məhkəməyə xatırladıb ki, Avropa Parlamentinin üzvü kimi toxunulmazlığa malikdir.

Məhkəmə Puçdemonun İspaniyaya ekstradisiyası barədə qərar verilməyənə qədər onun həbs edilməməsinə qərar verib. Siyasətçi məhkəmənin icazəsi ilə Belçikanı tərk etmək hüququnu alıb.

Xatırladaq ki, 2017-ci ildə Kataloniya parlamenti müstəqillik haqqında qətnamə qəbul edib. İspaniya hökuməti isə vilayət parlamentinin buraxıldığını elan edib. Bundan sonra Puçdemon vəzifədən kənarlaşdırılıb. O, İspaniyadan Belçikaya qaçıb. İspaniya Ali Məhkəməsi onun həbsi barədə order verib.