Pul üstündə dalaşdılar, biri öldü

pul-ustunde-dalasdilar-biri-oldu
Oxunma sayı: 1787

Balakəndə pul üstündə düşən dava ölümlə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hənifə kəndində baş verib. Belə ki, kənd sakinləri Elvin Eynulla oğlu Balayev və Zaur Şamil oğlu Layıcov arasında pul üstündə mübahisə düşüb və davaya çevrilib. 

Dava zamanı Zaur Layıcov üzərində olan bıçaqla Elvin Balayevə ağır xəsarət yetirib. İkinci Balakən rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Hadisəni törətməkdə şübhəli bilinən Z.Layıcov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Mübariz Muradov