Puşkinin mənzili satışa çıxarıldı

puskinin-menzili-satisa-cixarildi
Oxunma sayı: 1624

Rusiyanın Sankt-Peterburq şəhərində əfsanəvi rus şair və yazıçısı Aleksandr Puşkinin iki ilə yaxın müddət ərzində yaşadığı mənzil satışa çıxarılıb. Riyeltorlar klassikin orada 1834-1836-cı illərdə yaşadığını deyir. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Moskva 24” yazıb.

Üç otaqlı mənzil sahilyanı Kutuzova küçəsi, ev 32 ünvanında yerləşən binanın ikinci mərtəbəsindədir. Onun ümumi sahəsi 100 kv.m-ə yaxındır. Otaqların hündürlüyü 4,5 metrə qədərdir. Mənzildə iki sanitar qovşağı var. Pəncərələrdən şəhərin tarixi hissəsinə mənzərə açılır. Mənzilin qiyməti 55 milyon rubldur.