Puta Dəniz Limanında gəmi yandı - Yenilənib

puta-deniz-limaninda-gemi-yandi
Oxunma sayı: 3841

Bakının Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Puta Dəniz Limanında gəmidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.