Putin 87,28 faiz səslə liderdir - Yenilənib

putin-8728-faiz-sesle-liderdir
Oxunma sayı: 3347

Rusiyada seçki bülletenlərinin 99,43 faizi hesablanıb. Ölkənin hazırkı dövlət başçısı Vladimir Putin 87,32 faiz səslə liderdir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyası yayıb. 

İlkin nəticələrə görə, ikinci pillədə 4,32 faiz səslə Nikolay Xaritonov, üçüncü pillədə isə 3,79 faizlə Vladislav Dovonkov yer alıb. Leonid Slutski isə 3,19 faiz səs toplayıb.

***

Bülletenlərin 99,70 faizinin hesablanmasının nəticələrinə əsasən, V.Putin 87,31 faiz səslə liderdir. N.Xaritonov isə səslərin 4,30, V.Davankov 3,83, L.Slutski isə 3,21 faizini toplayıb. 

***

Seçki bülletenlərinin 100 faizi hesablanıb. Vladimir Putin 87,28 faiz səslə liderdir. N. Xaritonov 4,31 faiz, V. Dovonkov 3,85 faiz, L. Slutski isə 3,20 faiz səs toplayıb.

Qeyd edək ki, Rusiya MSK seçkilərin yekun nəticəsini martın 21-i açıqlayacaq.