“Putin daha da pis duruma düşə bilər”

putin-daha-da-pis-duruma-duse-biler-
Oxunma sayı: 3111


Azərbaycanla sıx münasibətləri olan iki dövlətin rəhbərinin görüşü region üçün nə vəd edir? Bu görüş Rusiyanı düşdüyü böhrandan çıxarmağamı yönəlib?

Bu arada yayılan başqa bir maraqlı məlumata görə, Rusiya Cənubi Qafqaz regionunda yeni addımlara hazırlaşır. “Vladimir PutinÿUkrayna məsələsini ”dondura" və Dağlıq Qarabağda və Gürcüstanda müəyyən addımlar ata bilər".

Bunu isə Rusiyanın tanınmış politoloqu, publisist və ictimai xadim Andrey Piontkovskiy deyib.

O müsahibəsində bildirib ki, bu, tamamilə mümkündür. Söhbət təkcə Dağlıq Qarabağ münaqişəsindən getmir. Ümumiyyətlə, münaqişədə iştirak edən tərəflər arasında vəziyyətin kəskinləşməməsi üçün Rusiyanın əlində təsir alətləri var. Bu, ciddi siyasi gərginliyin hökm sürdüyü Gürcüstanda da mümkündür.

Onun sözlərinə görə, imicin saxlanılması üçün V.Putin Ukrayna münaqişəsini dondurmaq istəyəcək və “rus dünyası”nın vətənpərvəri kimi, Qafqazda hansısa addımlar atmağa qərar verəcək.

A.Piontkovskiy “Qarabağ münaqişəsi zonasında gərginliyin növbəti partlayışı nə ilə bağlıdır. Bu, xarici oyunçular üçün sərfəlidir, yoxsa bu, sadəcə avantüradır” sualına belə cavab verib: “Bu vəziyyət Rusiya üçün əlverişlidir. Buÿbarədə çox gözəl obraz 20 il əvvəl ”Tarixin sonu" məruzəsində deyilmişdi. Orada yazılmışdı ki, belə davam edən münaqişələr Rusiya Federasiyası üçün əlverişlidir. Çünki, bu, Azərbaycan və Ermənistan ilə münasibətlərdə təsir alətidir və Moskva indi bunu edir".

Türkiyə və Rusiyanın geniş iqtisadi əlaqələrin olduğunu deyən politoloq Vəfa Quluzadə bildirdi ki, bu əlaqələr nəticəsində Türkiyə SSRI-nin çöküşündən bu günə kimi trilyonlar qazanıb. Türkiyənin hazırkı iqtisadi sabitliyinin bir hissəsinin Rusiyadan alınan qazanclara söykəndiyini vurğulayan V.Quluzadə söylədi ki, bundan başqa iki ölkə arasında turizm əlaqələri də olduqca güclüdür: “Rusiyanın milyonlarla turisti Türkiyədə iştirak edirlər. Bütün bu nüanslar iki ölkə əlaqələri önəmli edir. Amma Rusiya indiki durumda çox ciddi problemlərlə üzləşib. Qərbin Rusiyaya qarşı sanksiyaları ölkənin durumunu ağırlaşdırıb. Amma Türkiyə eyni zamanda Qərblə ciddi əlaqələrə malikdir. Türkiyə Avropa Birliyinə can atır”. 

V.Quluzadə hesab edir ki, Putinin Türkiyəyə səfəri Rusiyanın üzləşdiyi sanksiyalardan can qurtarmağa hesablanıb. Ona görə səfər kifayət qədər ağır olacaq.

Rusiyanın Cənubi Qafqazı hədəf ala biləcəyi ilə bağlı deylənlərə gəlincə, V.Quluzadə hesab edir ki, bu, qeyri-realdır. Çünki Putin hələ Ukraynadakı hadisələrə “dur” demək niyyətində deyil: “Rusiya Ukraynadakı vəziyyəti səngitsə daha da pis duruma düşə bilər. Ona görə Putin bunu etməyəcək”.


“Azadlıq” qəzeti