Putin qlobal qiymət artımının səbəbini açıqladı

putin-qlobal-qiymet-artiminin-sebebini-aciqladi
Oxunma sayı: 2333

“Qiymət artımı qlobal xarakter daşıyır, buna bir sıra ölkələrin yumşaq büdcə siyasəti səbəb olub”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr olunmuş müşavirədə deyib. 

“Mən artıq dedim ki, qiymət artımı qlobal xarakter daşıyır, biz də bunu yaxşı bilirik. Onun əsas səbəbləri bir sıra xarici ölkələrin, inkişaf etmiş iqtisadiyyatların həddindən artıq yumşaq büdcə siyasətidir”, - Putin qeyd edib.