Qadın əsgərlər Kim üçün mahnı oxuyub ağladılar - Video

qadin-esgerler-kim-ucun-mahni-oxuyub-agladilar
Oxunma sayı: 3956

Şimali Koreya ordusundakı qadın əsgərlər yenidən dünya mediasının diqqətini cəlb ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dövlət televiziyası KCTV-də yayımlanan Kim Çen İnin 2019-cu ildəki səfərlərindən ibarət sənədli filmdə hərbçi qadınlar ölkə rəhbəri üçün mahnı oxuyub, rəqs ediblər. Onlardan bəziləri hətta göz yaşlarını saxlaya bilməyib.

Kim qadın əsgərlərin performansını alqışlarla qarşılayıb.