Bakıda qətl törədilib.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 20 radələrində 1997-ci il təvəllüdlü Qasım Abbas oğlu Məmmədovun yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsindəki evdə anası 1978-ci il təvəllüdlü İlhaməni bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.
Qadın hadisə yerində ölüb.
Q.Məmmədov polis əməkdaşları tərəfindən tutulub.
Bildirilib ki, gənc oğlan əvvəllər xuliqanlıq və narkotiklə bağlı cinayətlərə görə məhkum edilib.
***
Sabunçu Rayon Prokurorluğu hadisə barədə məlumat yayıb.
Bildirilib ki, noyabrın 28-i saat 19 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən evlərin birində 1978-ci il təvəllüdlü İlhamə Məmmədovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1997-ci il təvəllüdlü Qasım Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Məmmədov şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.