MDB-dən çıxacaqlarını elan etdilər

mdb-den-cixacaqlarini-elan-etdiler
Oxunma sayı: 1982

“Moldova Xarici İşlər Nazirliyi ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) ayrılması üçün hüquqi prosedurlara start verib”​.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici işlər naziri Mixai Popşoi “Radio Moldova”ya açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, hazırda qurum MDB-nin təsis müqaviləsi, onun əlavələri və Birliyin nizamnaməsinin ləğvi ilə bağlı xüsusi layihə üzərində işləyir:

“Hökumət səviyyəsində bu proseslərin fevralın ortalarına qədər yekunlaşması, daha sonra isə sənədin parlamentin təsdiqinə təqdim edilməsi planlaşdırılır. Bu addımların tamamlanması ilə Moldova rəsmən MDB-nin tərkibindən çıxmış hesab olunacaq”.

Xatırladaq ki, rəsmi Kişineunun bu qərarı Rusiya və bir sıra MDB ölkələri tərəfindən tənqidlə qarşılanıb.