Qafqazın ən böyük tikinti materialları mərkəzi - Fotolar

qafqazin-en-boyuk-tikinti-materiallari-merkezi
Oxunma sayı: 8643

Qafqazın ən böyük inşaat materialları mərkəzi - Abşeron Tikinti Materialları Mərkəzi fəaliyyətini artıq öz ofisində davam etdirir.

“Qafqazinfo” bildirir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində Meyvəli Ticarət Mərkəzi, Abşeron Logistika Mərkəzi və Sədərək Ticarət Mərkəzinə yaxın, həmçinin Bakı Beynəlxalq Dəniz Limanına əlçatan mövqedə yerləşməsi buranın geniş imkanlarından xəbər verir.

Abşeron Tikinti Materialları Mərkəzi müasir infrastruktura malik tam təmirli, qapalı, yarımqapalı, açıq tipli mağazaların, anbarların, istehsalat sahələrinin satış və icarəsini həyata keçirir. Satılan obyektlər çıxarışla təmin olunacaq, icarəyə verilən obyektlər üçün isə icarə müqaviləsi bağlanılacaq.

Mərkəzdə gömrük, bank, iş mərkəzlərinin olması, proseslərin "bir pəncərə" sistemi vasitəsilə idarə edilməsi həm sahibkarlar, həm də müştərilər üçün vaxtı və xərcləri səmərəli idarə etməyə imkan verəcək. Burada müştərilərin rahatlığını təmin etmək məqsədilə istirahət güşələri, otel, avtodayanacaq, kafe və restoranlar, idman kompleksi, tibb məntəqələri, laboratoriyalar və digər iaşə obyektləri də istifadəyə veriləcək.

Mərkəzin inşasında yanğınadavamlı materiallardan istifadə olunması mağazaların və malların sığortalanmasına zəmin yaradacaq. Burada 7/24 formatında ən son texnologiyalara əsaslanan kamera nəzarəti və yanğından mühafizə xidməti də fəaliyyət göstərəcək. Beləliklə sahibkarlar üçün etibarlı və ən əsası sığortalı mühit yaradılacaq.

Abşeron Tikinti Materialları Mərkəzinin fəaliyyəti minlərlə yeni iş yerlərinin yaradılmasına, sahibkarlığın inkişafına təkan verərək ölkədə insanların rifah halının yüksəlməsinə, yaşayış səviyyəsinin daha da yaxşılaşmasına dəstək olacaq.